Mikro və kiçik sahibkarlıq subyektləri məcburi auditdən azad edilir
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 3 may 2019-cu il tarixdə imzaladığı, bu gün, 24 may 2019-cu il tarixdə dərc edilərək qüvvəyə minən “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinin birinci cümləsinə “cəmiyyət” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
Mülki Məcəlləsinin 91.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən isə, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməli idi (kənar audit).
Əks halda bu hal məcburi auditdən yayınma kimi qiymətləndirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən inzibati cəriməyə səbəb olurdu. Belə ki, İXM-nin həmin maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən isə, qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir.
Bizim halda auditin məcburi edən qanunun norması Mülki Məcəllənin 91.4-cü maddəsidir və bu maddəyə edilmiş yeni dəyişiklik mikro və kiçik sahibkarlıq subyektini bu məcburi auditdən azad edir.
Belə ki, bu gün dərc edilən qanunla məcburi audit tələbi bütün məhdud məsuliyyətli cəmiyyətlərə deyil, yalnız orta və iri sahibkarlıq subyektlərinə şamil ediləcəkdir. Başqa sözlə, mikro və kiçik sahibkarlıq subyektləri yuxarıda qeyd edilən məqsəd üçün hər il məcburi qaydada müstəqil auditor (kənar audit) cəlb etməkdən azad olunurlar.
Mikro və kiçik sahibkarlıq subyektləri hansılardır?
Azərbaycan Respublikasının Nazirlər Kabineti 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını aşağıdakı qaydada təsdiq etdi:
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları | İşçilərinin orta siyahı sayı (nəfər) | İllik gəliri (ig) (min manat) |
Mikro sahibkar | 1 – 10 | ig ≤ 200 |
Kiçik sahibkar | 11 – 50 | 200 < ig ≤ 3 000 |
Orta sahibkar | 51 – 250 | 3 000 < ig ≤ 30 000 |
İri sahibkar | 251 və ondan yuxarı | 30 000 < ig |
Nəzərə alsaq ki, ölkəmizdə sahibkarlıq subyektlərinin böyük əksəriyyəti məhdud məsuliyyətli cəmiyyət formasında mikro və kiçik sahibkarlıq subyektləridir, bu dəyişiklik həmin təsərrüfat subyektləri üçün həm vaxtlarının, həm də maddi vəsaitlərinin qənaətinə gətirib çıxaracaqdır.
Əlavə olaraq sahibkarlıq subyektlərinin kateqoriyaları və kateqoriyalara görə fərqli yanaşmanın digər halları barədə "Belə yüksək cərimələr onlar üçün “ölüm hökmüdür" – TƏKLİF/“Sahibkarlıq subyektlərinin kateqoriyaları və kateqoriyalara görə fərqli yanaşma” məqaləsi (http://marja.az/news/36176) ilə də tanış ola bilərsiniz.
Müəllif: Marja.az üçün vəkil Allahverən Oruclu

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
3 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
3 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
4 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
4 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
4 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)








.jpg)







