"Rusiya qazının Ukraynadan tranziti dayandırılacaq"
Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkətinin biznesin inkişafı üzrə direktoru Yuriy Vitrenko Ukrayna – Rusiya – Avropa İttifaqı formatında ötən gün Brüsseldə keçirilən qaz danışıqlarını şərh edib.
"Facebook”da paylaşılan şərhdə “Naftoqaz” rəsmisi Rusiya tərəfinin Stokholm Arbitraj Məhkəməsinin qərarını yerinə yetirməməkdə israr etməsi üzündən görüşün səmərəsiz keçdiyini deyib.
O, bununla belə tərəflərin “Ukraynada Avropa qaydalarını yeni tranzit müqaviləyə uyğun şəkildə tətbiq etməyə” hazır olduğunu müsbət dəyərləndirərək, danışıqların uzandığına görə yanvarın 1-dən tranzitin dayandırma ehtimalına hazır olmaq zərurətini bildirib.
Qeyd edək ki, 2018-ci ilin fevral ayında Stokholm Arbitraj Məhkəməsi “Naftoqaz”ın Rusiyanın “Qazprom” dövlət qaz şirkətinə qarşı iddiasını təmin edərək sonuncunun ildə 110 milyard qaz tranzitinə dair öhdəliklərini pozduğu və buna görə 4,63 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarmışdı. Belə ki, 2017-ci ildə “Qazprom” Ukrayna ərazisindən 95 milyard kubmetr qaz nəql edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






