“Dividend ödənişi bankın özəlləşdirilməsi ilə bağlı deyil”
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.
Bunu açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib.
Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".
A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.
Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2018-cı ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, 2019-cu ilin 9 ayı üzrə Bankın maliyyə hesabatının nəzərdən keçirilməsi, “Aqrarkredit” BOKT QSC-yə ötürülməsi nəzərdə tutulan, lakin ötürülməyən problemli aktivlərin Bankın balansından silinməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin təsdiq edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə investisiya şirkətinin yaradılması, Bankın səhmdarlarının səhmlərinin Bank tərəfindən geri alınması və digər məsələlər daxildir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)






