Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri artıb
Bu ilin üçüncü rübündə Azərbaycandan olan turistlərin Gürcüstanda orta xərcləri 524,5 lari (302,32 man) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 108,5 lari (62,54 man) və yaxud 26% artıb. Bu ilin ilk doqquz ayı ərzində əcnəbi ziyarətçilərin Gürcüstanda xərclədikləri orta məbləğə görə Azərbaycandan olan turistlər ən az pul xərcləyənlər olublar.
Araşdırmaya əsasən, iyul-sentyabr aylarında Gürcüstanda ən çox pul xərcləyən turistlər arasında Rusiya vətəndaşları 1,323.8 lari (763,04 man) ilə birinci yeri tutublar. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 816 lari (470,34 man) və 553,9 lari (319,27 man) təşkil edib.
Qonşu ölkənin bu ilin üçüncü rübündə qəbul etdiyi əcnəbi ziyarətçilərin ümumi xərcləri 3,3 mlrd. lariyə (1,1 mlrd. dollardan çox) bərabər olub. Turistlər bir səfər ərzində orta hesabla 1 182 lari (401 dollar) xərcləyiblər.
Xərclərin 31,1%-i qida və içkilər, 24,6%-i yerləşmə, 14,3%-i mədəni və əyləncə xidmətləri, 20,7%-i alış-veriş, 7,7%-i yerli nəqliyyata, 1,6%-i isə digər xidmətlərə yönəldilib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 547 114 nəfər səfər edib ki, bu da illik müqayisədə 10,6% çoxdur. Azərbaycandan olan turistlərin 92,2%-i qonşu ölkəyə təkrar, 7,8%-i isə ilk dəfə səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2,3 gün təşkil edib.
Qonşu ölkəyə səfər edənlərin 53,6%-i səfərindən çox məmnun, 37,4%-i məmnun qalıb, 0,1%-i isə müvafiq sualı cavablandırmaqdan imtina edib.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 10 saat sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
11 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi







.jpg)







.jpg)








