SOCAR-ın İsveçrə gəlirlərində böyük geriləmə
2019-cu ildə SOCAR gəlirlərinin 7,3%-ni Azərbaycanda əldə edib.
Marja SOCAR-ın audit olunmuş hesabatına istinadən xəbər verir ki, ötən il SOCAR 83 milyard 752 milyon manat cəmi gəlir əldə edib. 2018-ci illə müqayisədə 2019-cu ildə SOCAR-ın cəmi gəlirlri 24 milyard 10 milyon manat və ya 22,2% azalıb. Belə ki, SOCAR 2018-ci ildə 107 milyard 762 milyon manat cəmi gəlir əldə etmişdi.
Ötən il SOCAR-ın cəmi gəlirlərinin azalması əsasən İsveçrədə əldə edilən gəlirlərin azalması ilə bağlıdır. 2018-ci illə müqayisədə 2019-cu ildə SOCAR-ın İsveçrədəki gəlirləri 27 milyard 332 milyon manat və ya 30% azalaraq 63 milyard 735 milyon manata düşüb. SOCAR 2019-cu ildə İsveçrə bazarından 91 milyard 67 milyon manat qazanmışdı.
2019-ci ildə SOCAR 83 milyard 752 milyon manat cəmi gəlirin 76%-ni və ya 63 milyard 735 milyon manatını İsveçrədə, 11,2%-ni və ya 9 milyard 377 milyon manatını Türkiyədə, 7,3%-ni və ya 6 milyard 145 milyon manatını Azərbaycanda, 2%-ni və ya 1 milyard 722 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 1,4%-ni və ya 1 milyard 172 milyon manatını Gürcüstanda, 1,9%-ni və ya 1 milyard 601 milyon manatını digər ölkələrdə əldə edib.
2019-cu ildə şirkətin cəmi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmışdır.
Ötən il SOCAR-ın gəlirləri İsveçrə, Azərbaycan, Birləşmiş Ərəb Əmirliklərində azalıb, Türkiyə və Gürcüstanda isə artıb.
Qeyd edək ki, SOCAR-ın gəlirlərinin azalması mənfəətinə də mənfi təsir edib. 2018-ci illə müqayisədə 2019-cu ildə SOCAR-ın xalis mənfəəti 370 milyon manat və ya 41% azalaraq 539 milyon manat təşkil edib. Şirkət 2018-ci ili 909 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
Həmçinin oxu
SOCAR maliyyə vəziyyətini açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















