"Yerli bal rəqabətə tab gətirmir"
Azərbaycanda arıçılıq sahəsini sektor kimi qorumaq üçün ölkəyə idxal olunan ballara məhdudiyyət qoyulmalıdır.
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, Assosiasiya tərəfindən bu məsələyə dair bir neçə dəfə təkliflər irəli sürülüb və baxılmaqdadır:
"Daxili bazarda həddindən çox idxal olunan bal məhsulları var və yerli məhsul, əlbəttə ki, rəqabətə tab gətirmir. Məsələn, Rusiyada 100 hektarlarla əkin sahələri var ki, bu ərazilərdən əldə olunan balın maya dəyəri təxminən 1 ABŞ dollara başa gəlir. Azərbaycanda isə bal istehsalı əsasən vəhşi təbiətə bağlıdır. Ona görə də bizdə maya dəyəri daha yüksəkdir. Belə olduğu təqdirdə yerli məhsul idxal olunanla rəqabət apara bilmir".
Assosiasiyasının sədri əlavə edib ki, dünyanın bəzi ölkələrinin praktikasında, misal olaraq İsrail və Avstraliyada, bal idxalına qadağalar tətbiq edib: "Türkiyədə bal idxalına elə bir rüsum tətbiq olunub ki, bal idxalı ümumiyyətlə sərf etmir. Eyni praktika Xorvatiyada da tətbiq olunur".
Yerli məsulun qiymətinə gəldikdə, B. Həsrətov qeyd edib ki, hazırda 1 kq balın orta qiyməti 20-25 manat təşkil edir və bu qiyməti endirmək hələ mümkün olmayıb.
"Hədəfimiz bu qiyməti 15 manata endirməkdir. Lakin burada məsələ balın maya dəyərinə söykənir. Bildiyiniz kimi, biz əksər avadanlıqları xaricidən idxal edirik. Bu baxımdan da yerli valyutanın dollara olan nisbətini nəzərə alaraq, hələ məhsulun qiymətini aşağı salmaq alınmır. Bunun üçün, əlbəttə ki, istehsalı əhəmiyyətli dərəcədə artırmaq gərəkdir. Bu, öz növbəsində, qiymətlərin azaldılmasına imkan yaradacaq", - deyə B. Həsrətov əlavə edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








