“AccessBank”ın maliyyə göstəriciləri xoş təəccübləndirdi
Şirkətlər və əhalinin “AccessBank”da pulları artır
Əksər bankların depozit portfeli azalarkən “AccessBank”da artıb.
“Marja” xəbər verir ki, “AccessBank” 2017-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, 31 Dekabr 2016-cı il tarixində Bankın depozit portfeli 284 milyon 846 min manat olarkən 31 Mart 2017-ci il tarixində 301 milyon 795 min manata çatıb. Qısası, bu ilin yanvar-mart dövründə Banka yerləşdirilən depozitlər 7%-ə yaxın artıb. Bu, şirkətlərin və əhalinin pullarını “AccessBank”da saxlamağa üstünlük verdiyinə işarədir. 100 faiz xarici kapitallı və Avropa təcrübəsilə idarə olunduğundan “AccessBank”a etibar böyükdür.
Bankda digər diqqəti çəkən artım kapitaldadır. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi kapitalı təxminən 28% artaraq 52 milyon 460 min manatdan 67 milyon 348 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi, 15 mart 2017-ci il tarixində “AccessBank”ın səhmdarların 34.85 milyon manat məbləğində 8.2 milyon ədəd yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119 milyon 850 min manata artırılıb. Nizamnamə kapitalının artırılması cəmi kapitalın artmasında da əks olunub.
“AccessBank” 1 milyard manata yaxın cəmi aktivləri ilə Azərbaycanın ən iri banklarından biri olaraq qalır. Belə ki, 31 Mart 2017-ci il tarixndə “AccessBank” 993 milyon 814 min manat cəmi aktivlərə, 926 milyon 466 min manat cəmi öhdəliklərə malik olub. Bankın xalis kredit portfeli isə 539 milyon 577 min manat təşkil edib.
Bu ilin yanvar-mart dövründə “AccessBank” 29 milyon 683 min manat faiz gəliri əldə edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 14 milyon 138 milyon manat ayırıb. Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. “AccessBank” daha dayanıqlı fəaliyyət göstərmək üçün, ötən ildən gəlirinin böyük hissəsini ehtiyatda saxlayır. Əsasən ehtiyatlara ayırmalar səbəbindən, bu ilin birinci rübündə “AccessBank”ın cəmi xərcləri cəmi gəlirlərindən 21 milyon 837 min manat çox olub.
Bir neçə gün öncə verilən açıqlamaya görə, AccessBank yeni biznes modelin tətbiqinə keçir. Yeni biznes modelinə uyğun olaraq Bank rəqəmsal bankçılığı (mobil və internet bankinq) inkişaf etdirərək daha aktiv tətbiq edəcək.
BALANS HESABATI 31/03/2017
min AZN-lə
AKTİVLƏR | |
Nağd vəsaitlər Cash funds | 78 102 |
AMB-yə qarşı tələblər Amounts due from CBA | 195 791 |
“Nostro" hesabları “Nostro" accounts | 9 464 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər Deposits in financial institutions including banks | 39 646 |
Qiymətli kağızlar Securities | 1 693 |
Xalis kreditlər və lizinqlər Net loans & Leasings | 539 577 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər Fixed assets used in banking deducting depreciation | 39 578 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər Fixed assets not used in banking | 2 787 |
Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı Investments to other non-consolidated ventures and joint ventures, and financial participation | 40 |
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər Intangible assets deducting depreciation | 24 016 |
Digər aktivlər Other assets | 63 119 |
CƏMİ AKTİVLƏR TOTAL ASSETS | 993 814 |
ÖHDƏLİKLƏR | |
Depozitlər Deposits | 301 795 |
AMB-nın banka qarşı tələbləri CBA claims against the Bank | 30 000 |
Digər bankların tələbləri (“Loro" hesabları) Other banks’ claims (“Loro” accounts) | 72 |
Bankların və digər maliyyə müəssisələrinin depozitləri Deposits of banks and other financial institutions | 77 194 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri Loans of other financial institutions (excluding banks) | 423 040 |
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri Subordinated loans and other similar promissory notes issued by the Bank | 70 705 |
Digər passivlər Other liabilities | 23 660 |
CƏMİ ÖHDƏLIKLƏR TOTAL LIABILITIES | 926 466 |
| KAPİTAL | |
CƏMİ KAPITAL TOTAL EQUITY | 67 348 |
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT
31/03/2017 , min AZN
| |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi (Interest income and other related income, total) | 29 683
|
Faizlər və onlara bağlı xərclər, cəmi (Interest expense and other related expenses, total) | (18 066)
|
Xalis faiz mənfəəti (zərəri) (Net interest profit (loss)) | 11 617
|
Qeyri-faiz gəlirləri, cəmi (Non-interest income, total) | (1 920)
|
CƏMİ GƏLİRLƏR (TOTAL INCOME) | 9 697 |
Qeyri-faiz xərcləri, cəmi (Non-interest expense, total) | (17 396)
|
Xalis əməliyyat mənfəəti (Net operational profit) | (7 699) |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) (Provision expenses) | (14 138) |
Vergilər ödənilənədək xalis mənfəət (zərər) (Pre-tax Net profit (loss)) | (21 837)
|
Mənfəətdən ödənilən vergilər (Profit tax) | 0
|
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (Post-tax Net profit (loss)) | (21 837)
|
MƏCMU KAPİTAL
31/03/2017, min AZN
|
BANKIN BİRİNCİ DƏRƏCƏLİ KAPİTALI (tutulmalardan sonra) TIER I CAPITAL AMOUNT (after deductions) | 27 880
|
BANKIN İKİNCİ DƏRƏCƏLİ KAPİTALININ MƏBLƏĞİ TIER II CAPITAL AMOUNT | 22 324
|
MƏCMU KAPİTALDAN TUTULMALAR DEDUCTIONS FROM TOTAL CAPITAL | 40
|
MƏCMU KAPİTALIN MƏBLƏĞİ (tutulmalardan sonra) TOTAL CAPITAL AMOUNT (after deductions) | 50 164
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
22 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 14 d. əvvəl
-
- 24 d. əvvəl
-
34 d. əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
1 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
1 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
1 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri-iş günlərində şəhər və rayonlararası marşrutlar üzrə 200 mindən çox sərnişin daşınıb
-
2 saat əvvəl
Bakı aeroportu bayram günlərində 200 minə yaxın sərnişinə xidmət göstərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Aprelin 1-dən qadağan edilir
Ən çox oxunanlar
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
Elektrikli avtomobillər ilə "car-sharing" tezliklə Bakıda — Rentbutik-dən yeni xidmət
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi




















