Naxçıvan Azərbaycandan Türkiyəyə göndərilən qazla təmin oluna bilər
İğdır-Naxçıvan boru kəməri tikildiyi halda, Naxçıvan Muxtar Respublikasının təbii qaz ehtiyacları Türkiyəyə göndərilən Azərbaycan qazının bir hissəsi vasitəsilə təmin edilə bilər.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu"nun imzalanması məsələsini şərh edərək deyib.
İ. Əhmədov hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatının İranla svop əməliyyatları əsasında həyata keçirildiyini xatırladıb. Söhbət illik 300-400 mln. kubmetr qazdan gedir.
"Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün belə bir kəmərin tikintisi məsələsi uzun müddət əvvəl gündəmdə idi və son zamanlarda bu mövzu yenidən aktuallaşıb", - deyə, İ. Əhmədov qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında müvafiq memorandumun imzalanması uçun zamin yaradı: "Burada hər hansı konkret müddət və maliyyə qərarlarından söhbət getmir. Yəqin, müvafiq qərarlar gələcəkdə verilə bilər, bu məsələyə gələcəkdə baxıla bilər. Hazırda isə imzalanan məhz anlaşma memorandumudur".
Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti hələ yayda İğdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




