190 milyon dollardan çox xarici valyuta gətirib
2020-ci ilin 11 ayı ərzində Azərbaycandan 190 milyon 390 min dollar dəyərində 175 min 978 ton pomidor ixrac edilib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında pomidor ixracı dəyər ifadəsi ilə 14,2%, miqdar ifadəsi ilə 13,3 % artıb. Xatırladaq ki, 2019-cu ilin 11 ayında Azərbaycandan 166 milyon 685 min dollar dəyərində 155 min 365 ton pomidor ixrac edilmişdi.
Pomidor ixracının böyük hissəsi yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
2019-cu ilin 12 ayı ərzində Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Beləliklə, bu ilin 11 ayında pomidor ixracından əldə edilmiş valyutanın məbləği ötən ilki məbləği keçib. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir.
Dekabr ayının 10-dan Rusiya Azərbaycandan pomidor idxalını məhdudlaşıdırmış, sonradan bir sıra şirkətlərə icazə vermişdir.
Həmçinin oxu
Rusiya və Azərbaycan pomidor tədarükündə razılaşdıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







