Pekinin daha 2 rayonunun sakinləri kütləvi şəkildə COVID-19 testindən keçib
Pekin hökuməti şəhərdə COVID-19 infeksiyasına yoluxmaların davam etməsi səbəbindən paytaxtın daha 2 rayonunda kütləvi test prosesini təşkil etməyə qərar verib.
Şəhərin mərkəzində yerləşən və bir çox dövlət qurumlarının binalarının olduğu Siçen və Donçen rayonlarında təxminən 2 milyon nəfər koronavirus testindən keçiblər. Bundan əvvəl isə paytaxtın kənar rayonlarından olan Şunyi və Dasində, habelə Pekinin inzibati ərazisinə daxil olan kəndlərdə kütləvi test prosesi aparılıb. Paytaxta COVID-19 infeksiyasının Böyük Britaniyada tapılan ştammına yoluxma halı aşkarlanandan sonra səlahiyyətli qurumları Pekinə dekabrın 10-dan sonra xarici ölkələrdən gələnlərin COVID-19 üçün seroloji testdən keçməsinə qərar verib.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə ötən sutka COVID-19 virusuna 124 təsdiqlənmiş və 45 asimptomatik yoluxma qeydə alınıb. Təsdiqlənmiş yoluxmaların əsas hissəsi Cilin, Heyloncian və Hebey vilayətlərində aşkarlanıb.
Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna yoluxma hallarının sayı çoxalmağa başlayıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm, yanvarın 14-də və 21-də isə ötən ilin aprelindən sonra gündəlik ən çox yoluxma (144) qeydə alınıb. Bir neçə yaşayış məntəqələrində qapanma, bəzilərində isə aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







