TuranBank şəhid ailələri və qazilərimizə Novruz sovqatları paylayıb
Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir.
TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərimizə bayram sovqatları paylayıb.
Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə təqdim edilib.
"YAŞAT" Fondunun həyata keçirdiyi bu layihənin məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.
Bildirmək istərdik ki, TuranBank bundan öncə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








