ABŞ neftin qiymətləri üzrə proqnozunu artırdı
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu artırıb.
EIA-in aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 62,28 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 1,61 dollar çoxdur.
Məlumata görə, 2022-ci ildə bu göstəricinin 60,49 dollar səviyyəsində olacağı gözlənilir (1,98 dollarlıq artım).
EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.
Hesabata görə, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 58,89 dollar (ötən proqnoza əsasən 57,24 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 56,74 dollara çatacağı gözlənilir (öncəki proqnoz 54,75 dollar səviyyəsində olub).
Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.
EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu azaldıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır.
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 800 min barel təşkil edəcək. Bu, martda verilən proqnozla müqayisədə 20 min barel azdır.
EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olub.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























.jpg)

