“Ucuzluq” mağazaları əmək qanunvericiliyini yenidən pozub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Binəqədi və Xətai rayonlarındakı “Ucuzluq” mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.
Nəzarət tədbirləri zamanı Nəsirov İsax Göyüş oğluna məxsus Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 19 nəfər, İmanov Eldar Elman oğluna məxsus Xətai rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.
Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş şəxslər barəsində tərtib olunmuş materialların hüquqi araşdırılmaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.
"İişçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. İşəgötürənlər işçiləri işə götürən zaman əmək müqaviləsi bağlamalı, işçilərin əmək və sosial hüquqlarını təmin etməlidirlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















