Məmməd Musayev Palatada Direktorlar Şurasına üzv seçildi
20 may 2021-ci il tarixdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Assambleyasının onlayn formatda 37-ci iclası keçirilib. İclasda qurumun Direktorlar Şurasına yeni üzvlərin təqdimatına baxılıb.
Təqdimat əsasında keçirilən səsvermədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib. Bu barədə Marja-ya Konfederasiyadan bildirilib.
Palatanın Baş katibi Yusif Xələvi çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlıqdan məmnundurlar və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni layihələrin həyata keçirilməsi perspektivləri üzərində işləyirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Millli Konfederasiyası 2015-ci ildən bəri Palatanın üzvüdür və Azərbaycan biznes icmasını İslam Palatasında təmsil edən yeganə təşkilatdır.
Həmçinin 37-ci iclasda iştirak edən dövlətlər eyni zamanda təşkilata daxil olan fondun hesablarının Palatanın hesablarından ayrılaraq müstəqil şəkildə formalaşdırılmasına münasibətlərini ifadə ediblər.
Məlumat üçün bildirək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası 1979-cu ildə təsis edilmişdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı qurumudur və islam ölkələrindən 57-ni öz sıralarında birləşdirir.
Gələcəkdə ticarət, informasiya texnologiyaları, sığorta, təkrarsığorta, bankçılıq, üzv ölkələrdə investisiya imkanları və müştərək müəssisələrin təşviqi sahələrində qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
48 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























