“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq
İyunun 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının 43 ha sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq.
“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Dövlət Xidmətinin internet səhifəsində (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/faydal-zhaz-nt-yatazhlar?layout=edit&id=6934.) tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






