ADNSU-da “Kapital Bank otağı” təqdim edildi
(®️) Ölkədə təhsilin inkişafına önəm verən Kapital Bank, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlığı çərçivəsində tələbələrə yeni “Kapital Bank otağı”nı təqdim edib. Bank tərəfindən təmir olunan və ADNSU tərəfindən lazımi avadanlıqlarla təchiz edilən auditoriyada İqtisadiyyat və Menecment fakültəsinin tələbələrinə universitetin professor və müəllimləri ilə yanaşı, Kapital Bank-ın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.
Təqdimat mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Gündəlik bankçılıq sahəsinin lideri Zakir Xanməmmədov və digər qonaqlar iştirak edirdi.
“Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olaraq daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verərək, gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edirik. Ali məktəblərdə keçirilən “Karyera Günləri” tədbirlərinə qoşulan gəncləri təcrübə proqramlarına cəlb edərək, sonda yaxşı nəticə göstərənləri banka işə götürürük. Əminəm ki, ADNSU ilə olan bu əməkdaşlığımız həm bank, həm də ali məktəb üçün faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.
Açılış mərasimində həmçinin, vaxtilə ADNSU-nun tələbəsi olmuş, bir müddət əvvəl isə keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan Fazil Mehdiyev də iştirak edirdi. Hazırda o, Kapital Bank-ın Bankdaxili həllər sahəsinin Backend developer-i vəzifəsində çalışır. Fazil tədbir iştirakçılarına öz təcrübəsi və tövsiyələri barədə məlumat verdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








