“Hədiyyə Kərvanı” Türkiyədən Azərbaycana gəldi!
®️ 1 iyun- Uşaqların Müdafiəsi Günündə Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına “Hədiyyə karvanı” göndərildi. Ziraat Bank Azərbaycanın da sponsoru olduğu bu layihə çərçivəsində Vətən müharibəsində şəhid və qazi olan minlərlə ailənin uşaqlarına hədiyyələr paylanılacaq.
"Hədiyyə karvanı" iyun ayının 20-dək 16 bölgəni gəzərək, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək. Layihə, 1 İyunda Tovuz şəhərində rəsmi açılış mərasimi ilə öz xeyirxah missiyasına başladı. Açılış dövlət rəsmilərinin və media nümayəndələrinin iştirakı ilə baş tutdu.
"Hədiyyə karvanı" 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.
Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə Karvanı" Uşaq Oyunları və İdman Klubu Federasiyası tərəfindən, "YAŞAT" FONDUnun vasitəçiliyi, Ziraat Bank Azərbaycan və digər şirkətlərin dəstəyi ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 22 d. əvvəl
-
38 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"





















