"SOCAR TPAO ilə ortaq sərmayəni yaxın coğrafiyada yatıra bilər"
"SOCAR Türkiyə" şirkətində İdarə heyəti sədrinin müavini Vaqif Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada çıxışında dilə gətirdiyi "Türkiyə Petrolları" (TPAO) ilə SOCAR-ın üçüncü ölkələrdə sərmayə yatırması mövzusunda, "Ölkə hələ müəyyən deyil. Lakin uzaq bir bölgə olmayacaq, yaxın coğrafiya üçün qiymətləndirmələrimiz ola bilər" deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib:
“Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik".
Marja xəbər verir ki, Vaqif Əliyev, "SOCAR və TPAO 1994-cü ildən bəri ortaq sərmayə yatırır. Əlbətdə ki, bunu davam etdirmək istəyirik. Ancaq ölkə hələ dəqiq deyil, qiymətləndirmələrimiz ola bilər. Söz mövzusu üçüncü ölkə yaxın bir yer (coğrafiya) olacaq. Sinqapur və ya Afrika ola bilməz" deyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























