Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim
(®️) Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlər təşkil edəcək.
29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək. Tədbir iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim ediləcək. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanacaqlar.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib: “Sahibkarlar Bankımız üçün sadəcə önəmli müştəri qrupu deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişaf qaynağıdır. İş adamlarımıza fəaliyyətləri boyunca kömək göstərmək, onların bazardakı yeniliklərə çevik şəkildə uyğunlaşmalarına nail olmaq üçün imkanlarımızdan istifadə edərək hər sahədə dəstəyimizi davam etdiririk. Bankımızın öz tərəfdaşları ilə birgə keçirdiyi “Sahibkarlar Klubu təlimləri” də sahibkarlar qrupu üçün effektiv tədbirlərimizdən olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)




