Yaponiya şirkəti Zaqatalada tütünqurutma məntəqəsi açıb
Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə layihələrə imza atan Yaponiyanın “Tet İnternational Development” şirkəti tərəfindən Zaqatala rayonunda yeni tütünqurutma məntəqəsinin tikintisi başa çatdırılıb.
İyulun 12-də şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsinin rəsmi açılış mərasimi olub. Tədbirdə “Tet İnternational Development” MMC-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, fermerlər iştirak ediblər.
“Tet İnternational Development” MMC-nin səhmdarı və prezidenti Savada Taro çıxış edərək, şirkətin Azərbaycandakı fəaliyyəti və Zaqatalada gördüyü işlər barədə məlumat verib. Bildirib ki, şirkət iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün 10 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb.
Diqqətə çatdırılıb ki, şirkət tərəfindən cari ildə Zaqatala rayonunda 300, Qaxda isə 365 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Builki mövsümdə cəmiyyətə məxsus tütün sahələrindən 11 min tonadək yaşıl yarpaq yığılması, ondan 1800 ton quru tütün istehsal olunması nəzərdə tutulur. Məhsulun 70 faizi Rusiya, Ukrayna, Belarus, həmçinin Avropa ölkələrinə ixrac ediləcək, 30 faizi daxili bazara çıxarılacaq. Hazırda müəssisədə 61 nəfər işçi çalışır. Tütün yığımı dövründə 150 nəfər mövsümi işlərə cəlb ediləcək.
Bildirilib ki, şirkət 2024-cü ilədək Zaqatala və ətraf rayonlarda tütün əkini sahələrini 1000 hektaradək genişləndirməyi, tütünqurutma kameralarının sayını 200-ə çatdırmağı, mövsüm ərzində tütün sahələrindən 17 min ton yaşıl kütlə tədarük etməyi, ondan 2800 tonadək quru tütün istehsal etməyi planlaşdırır.
Məntəqənin açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları müəssisədə yaradılan şəraitlə tanış olub, yaşıl tütün kütləsinin tütünqurutma kameralarına qoyulması prosesini izləyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 27 d. əvvəl
-
36 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
40 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
58 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)





.jpg)





