Azərbaycanda bizneslər bağlanmamaq üçün nə etməlidirlər?
Biznes proseslərin rəqəmsal transformasiyasıBiznes proseslərin tətbiqi və avtomatlaşdırılması üzrə mütəxəssis Kuseba Teymur Azərbaycanda bizneslərin bağlanmamaq üçün nə etməli olduğu barədə “Marja.az”a məlumatlar verib.
O qeyd edib ki, biznes inkişaf edib böyüdükcə onun daxili və xarici iş prosesləri daha kompleks hala gəlir. Mahiyyət etibarilə biznes proses müəyyən müştəri qrupu üçün məhsul və ya xidmətlərin işlənib hazırlanmasını nəzərdə tutan və əməkdaşların müəyyən qrafik üzrə icra etdikləri bir neçə tapşırıq toplusunu nəzərdə tutur.
3 növ biznes proses mövcuddur: əməliyyat prosesləri, idarəetmə prosesləri və dəstək prosesləri. Məhsul (xidmət) istehsalının və ya müştərilərdən sifarişlərin alınmasının daxil olduğu əməliyyat prosesləri şirkətin məqsədlərinə yönəlmiş proseslərdir. İdarəetmə prosesləri əməkdaşlar, büdcə, korporativ quruluş kimi amillərin idarə olunması üçün nəzərdə tutulmuş üsullardan ibarətdir. Nəhayət, köməkçi proseslər texniki dəstək, işçi heyətinin yığılması və s. kimi aspektlərə aiddir.
Müştərilərin ehtiyaclarını təmin etmək üçün mövcud biznes prosesini sadəcə avtomatlaşdırmaq kifayət etmir. Bunun üçün lazımi addımların sayını və kağız işlərinin həcmini azaltmaqla onu az qala yenidən yaratmaq lazımdır. Bundan başqa, qərarların qəbul edilməsi və problemlərin həlli üsullarını da avtomatlaşdırmaq tələb olunacaq.
İnformasiya ilə əlaqəli biznes proseslərin rəqəmsallaşdırılması əhəmiyyətli üstünlüklər verə bilər:
- Yeni bazarlara çıxış imkanı;
- Proseslərin avtomatlaşdırılması hesabına işlərin effektivliyinin artırılması;
- Loyal müştəri sayının, orta çekin, LTV-nin artırılması;
- Həm daimi, həm də dəyişən xərclərin ixtisar edilməsi;
- Maya dəyərinin azaldılması hesabına marjinallığın artırılması.
Bundan əlavə, mexaniki prosesləri və kağız sənədləri rəqəmsal mühitə keçirməklə şirkətlər məhsuldarlığı artırmaq, artıq xərc bəndlərini müəyyən etmək, potensial risk səbəblərini aşkara çıxarmaq və s. üçün sonradan istifadə ediləcək məlumatları avtomatik olaraq toplaya bilərlər. Real zaman rejimində monitorinq və hesabatların yaradılması imkanı isə şirkətin inkişafı baxımından həqiqətən ciddi maneəyə çevrilənədək istənilən problemləri həll etməyə kömək edir.
Rəqəmsallaşdırma zamanı həlledici məqamlardan biri sondan – məqsəddən başlayaraq əvvələ getmək lazımdır. Diqqəti cari sistemin məhdudiyyətlərinə yönəltməkdənsə hər bir konkret prosesin necə olması üzərində düşünmək lazımdır.
Beləliklə şirkət səviyyəsində rəqəmsallaşdırma özündə daxili səmərəliliyin artırılmasına və xarici stimullara qarşı həssaslığın yüksəldilməsinə gətirib çıxaran texnoloji, mədəni və təşkilati dəyişikliklərin geniş spektrini ehtiva edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
