Qazaxıstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb
Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 19,5 min tranzaksiya çərçivəsində 8 milyon 582 min Qazaxıstan tengəsi (34 milyon 326 min manat) məbləğində pul köçürmələri həyata keçirilib.
Qazaxıstan Milli Bankının məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb.
Qazaxıstandan Azərbaycana yanvar-iyul aylarında həyata keçirilən pul transferlərinin Qazaxıstandan ümumi pul göndərişlərinin 1,6%-ni təşkil edib. Bu, illik müqayisədə 0,4 faiz bəndi azdır.
Təkcə iyul ayında Qazaxıstandan Azərbaycana 3 min tranzaksiya çərçivəsində 1 milyon 198 min tengə (4 milyon 791 min manat) həcmində pul baratları göndərilib ki, bu da iyun ayı ilə müqayisədə 13,4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 0,3% azdır. Təkcə iyul ayında ölkədən Azərbaycana pul transferləri xaricə ümumi pul köçürmələrinin 1,3%-ni təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməsə də, illik müqayisədə 0,5 faiz bəndi azdır.
Qeyd edək ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 milyon 283,4 min tengə (57 milyon 134 min manat) həcmində pul transfert olunub ki, bu da 2019-cu il ilə müqayisədə 0,3% azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








