Expressbank-a “Qarabağ Dirçəliş Fondu”-nun xüsusi sertifikatı təqdim olunub
(®️) 8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri arasında görüş keçirilib.
Görüşdə iştirak edən Expressbank-ın İdarə Heyətinin sədri Mehman Məmmədova “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” təqdim edilib. Qeyd edək ki, cari ilin fevral ayında Expressbank fondun hesabına yardım məqsədi ilə 100 000 manat məbləğində vəsait köçürüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Bundan öncədə Expressbank Sosial Məsuliyyət çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 AZN, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 150.000 AZN və Bank əməkdaşları yanvar ayı üzrə əmək haqqlarının istəklərinə uyğun olaraq müəyyən bir hissəsini vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailərərinə və yaralanan qazilərimizə dəstək olmaq məqsədi ilə “YAŞAT” Fonduna ianələr edib.
Expressbank gələcəkdə də dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








