“SmartPay” ödəmə sisteminə daha bir internet provayderi əlavə olundu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha bir internet provayderi əlavə olunub.
Bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi də qoşuldu.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Bline” seçib abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.
Məlumat üçün bildirək ki, AZCLOUD bulud xidmətləri nəzdində təqdim olunan “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.
Elektron ödənişlər üçün isə smartpay.az saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.
“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, “SmartPay” ödəmə sisteminin İT infrastrukturunun AZCLOUD əlçatanlıq zonasında olması məlumat mübadiləsini istər mobil, istərsə də digər cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsinə imkan verir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























