Dünyanın ən borclu əmlak şirkəti ilk gecikən ödənişini edir
Hələliik defoltdan qurtula bilir, lakin növbəti aylarda əlavə öhdəlikləri var..Çinin tikin-əmlak şirkəti, 300 milyard dollarlıq öhdəliyi ilə bu sektorda dünyanın ən borclu biznes qurumu olan Evergrande iri öhdəliklərini bağlamağa başlayıb.
Marja xəbər verir ki, bu barədə Reutersə şirkətə yaxın mənbələrdən bildirilib.
Evergrande dollar istiqrazları üzrə ödəniş tarixi 23 sentyabr olan və 1 aylıq son güzəşt tarixi sabah bitən 83,5 milyon dollarlıq ödənişi etmək üçün lazım olan vəsaiti Citibankda rezerv hesabına köçürüb. İlk gecikən məbləği ödəməklə əmlak nəhəngi indiki halda defolt riskindən qaça biləcək.
Lakin Evergrande-nin hələ də ödənişi yekunlaşmayan digər öhdəlikləri var. Hazırkı ödənişlə birlikdə son güzəşt tarixi 29 oktyabr və 11 noyabrda bitən öhdəliklərin həcmi 280 milyon dollara yaxındır.
Şirkətin səhmləri xəbərin ardından 8%-ə yaxın bahalaşıb. Lakin, noyabr və dekabrda yeni faiz ödənişlərinin vaxtı çatır. Bu isə yeni defolt riski və ümumilikdə Çində, daha sonra isə qlobal əmlak, maliyyə və digər bazarlarda volatillik təhlükəsi yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)





