Türkiyənin kredit reytinqi təsdiq edildi
Beynəlxalq kredit reytinqi təşkilatı Standart & Poor's (S&P), Türkiyənin kredit reytinqini təsdiq edib.
Marja xəbər verir ki, S&P, hal-hazırda Türkiyənin xarici valyutada kredit reytinqini "B+", yerli valyutada kredit reytinqini "BB-" və proqnozunu "sabit" olaraq qiymətləndirir.
Ölkə iqtisadiyyatında yaşanan son proseslərə baxmayaraq, pul siyasətini proqnozlaşdırmağın mümüknü olmadığını açıqlayan S&P, Türkiyənin tədiyyə balansını hələ də zəif olaraq gördüklərini qeyd edib.
S&P-nin yaydığı məlumatda, Türkiyə iqtisadiyyatının ixracdakı güclü artım və ölkə daxilindəki iqtisadi aktivliyin dəstəyi ilə bu il 8,6% artacağı qeyd edilib. Buna əlavə olaraq, Türkiyənin xalis dövlət borcunun 2021-ci ili sonunda ümumi daxili məhsulunun 34%-nə çatmasını gözlədikləri bildirilib.
Türkiyə iqtisadiyyatına dair proqnozlara də yer verilən məlumatda, iqtisadiyyatın bu il 8,6%, 2022-də 3,3%, 2023 və 2024-də 3,1% artacağı nəzərdə tutulur.
Ölkədəki işsizlik nisbətinin isə 2021-ci ildə 12,6%, 2022-də 12,2%, 2023-də 11,2% və 2024-də 11% olacağı, inflyasiyanın da bu il 17,3%, 2022-də 12%, 2023-də 9,5% və 2024-də 9,2% təşkil edəcəyi proqnozalaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
9 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
10 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























