Gəncəyə 70 milyon manata yaxın invetisiya yatırılıb
Gəncə Şəhər Statistika İdarəsi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə Gəncə şəhərində tikintinin vəziyyəti haqqında məlumat yayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 69665,5 min manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 15762,0 min manatı və ya 22,6 faizi məhsul istehsalı sahələrinin, 1321,7 min manatı (45,0 faizi) xidmət sahələrinin, 22581,8 min manatı (32,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 91,7 faizi dövlət, 8,3 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 51286,8 min manatı və ya 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi həcmində büdcə vəsaitləri 84,6 faiz, müəssisə və təşkilatların vəsaitləri 10,5 faiz, əhalinin şəxsi vəsaitləri 4,9 faiz təşkil etmişdir.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2021-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 11 milyon 671,6 min manat təşkil etmişdir. Ümumi tikinti işlərinin 7940,9 min manatını, yaxud 68,0 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 42,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 13,2 faizini əsaslı təmir, 11,0 faizini cari təmir işləri, 0,9 faizini sair işlər) təşkil etmişdir. 32,0 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
57 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















