“Ltv 7” internet kanalının əməkdaşları barəsində olan cinayət işi məhkəməyə göndərilib
Xəbər verildiyi kimi, “Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır.
Baş Prokurorluğun yaydığı məlumatda bildirlir ki, istintaq zamanı müəyyən olunmuşdur ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb etmişlər.
Eyni zamanda, Fazil Quliyevin bölgə müxbiri vəzifəsində işlədiyi “Ltv 7 xəbər” internet kanalının direktoru Ceyhun Şəmilov, həmin kanalın direktoru müavini vəzifəsində işləmiş Gülmirə Rəcəbova, müxbir vəzifələrində işləmiş Gülnarə Məmmədova, Sevil Mərəndski, operator vəzifəsində işləmiş Elnur Cəfərov, sürücü Sadiq Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini jurnalist kimi təqdim edərək ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumatlar toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilmişdir.
Sevil Mərəndski, Gülnarə Məmmədova, Ceyhun Şəmilov, Vüsal Zeynalov, Fazil Quliyev, Gülmirə Rəcəbova, Elnur Cəfərov, Sadiq Əlizadə, İlham Novruzov və Rumayə Rzayeva Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdir.
Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir






















