Aqrobiznesin inkişaf istiqamətləri müzakirə olunub
Kənd Təşərrüfatı Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirdiyi “Aqrobiznesin İnkişafı Forumu” dekabrın 22-də panel müzakirələri ilə davam edib.
Forumda dövlət nümayəndələri və sahibkarlar aqrobiznesin inkişafı imkanlarını, dövlətin müvafiq qurumlarının bu sahəyə dəstəyi mexanizmlərini müzakirə ediblər.
Forumun ilk panelində aqrobiznes təmsilçiləri Azərbaycan Fermerlər Assosiasiyasının nümayəndələri aqrar sahədə sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və imkanlardan danışıblar. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar aqrobiznes dəyər zənciri, aqrar sahənin inkişafı üçün vacib olan təchizat və istehsal məhsulları, bu sektorda müasir və innovativ avadanlıqların geniş tətbiqi, marketinq imkanları barədə ətraflı məlumat veriblər.
Aqrar sahənin inkişafında dövlətin roluna həsr olunmuş növbəti paneldə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri təqdimatla çıxış ediblər. Müvafiq qurumların təmsilçiləri sahibkarlığa mövcud dəstək mexanizmləri və təqdim edilən xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Ən çox oxunanlar
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)








.jpg)




