"Facebook" Rusiyada bloklandı
Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Rusiyada ABŞ-ın "Meta" şirkətinə məxsus "Facebook" sosial şəbəkəsini bloklamaq qərarına gəlib
Marja xəbər verir ki, bu barədə cümə günü Xidmətin mətbuat xidmətindən məlumat verilib.
“2022-ci il martın 4-də Rusiya Federasiyası ərazisində “Facebook” şəbəkəsinə (Meta Platforms, Inc.-ə məxsus) girişin bloklanması ilə bağlı qərar qəbul edilib”, - Xidmətin saytında yerləşdirilən məlumatda deyilir.
Roskomnadzor qeyd edir ki, 2020-ci ilin oktyabr ayından bəri Facebook tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb. Son günlər sosial şəbəkədə “Zvezda” telekanalının, “RİA Novosti” xəbər agentliyinin, “Sputnik”, “Russia Today”in hesablarına, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarına giriş məhdudlaşdırılıb.
Fevralın 25-də Roskomnadzor dörd rus media orqanının hesablarının blokdan çıxarılması ilə bağlı tələblərə əməl etmədiyi üçün Rusiyada Facebook trafikini ləngitməyə başladığını açıqlayıb. Fevralın 23-də “Facebook”un Rusiyanın dörd KİV-in rəsmi hesablarına məhdudiyyətlər tətbiq etdiyi barədə məlumat yayılıb. "Roskomnadzor" Meta Platformaların administrasiyasından mediaya qoyulan məhdudiyyətləri aradan qaldırmağı və onların tətbiq edilməsinin səbəbini izah etməyi tələb edib.
Roskomnadzorun məlumatına görə, Rusiyada Twitter-ə giriş məhduddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






