Yeni Samsung Galaxy S22 seriyası təqdim edildi - FOTOLAR
(®) Elektronika nəhəngi Samsung-dan möhtəşəm təqdimat!
Şirkət GALAXY S22 adlı yeni smartfon seriyasını 4 mart tarixində ictimaiyyətə təqdim edəcəyini bildirmişdi. Nəhayət ki, o gün gəlib çatdı -Gürcüstanda möhtəşəm təqdimat baş tutub.
İnnovativ texnologiyaların sərgiləndiyi təqdimata Azərbaycandan məhşur simalar da dəvətli idi. Bundan başqa tədbirdə ən son texnologiyaları və yenilikləri izləyən məhşur media nümayəndələri iştirak edib. Galaxy S22 texnologiya sevərlərin də çox böyük marağına səbəb olub. S seriyasına gətirdiyi yeniliklər iştirak edən hər kəsin diqqətini çəkə bilib.
Təqdimat zamanı yeni S22 smartfonu öz nəslinin əvvəllki nümayəndələri ilə müqayisə olunub. Tədbirdə Samsung öz smartfonlarının davamlı yenilənən göstəricilərini bu smartfonda daha da təkmilləşdirdiyini göstərərək istifadəçilərini sevindirib.
Seriya S22, S22+ və S22 ULTRA adlanır. S seriyasının yeni ən yüksək seqment smartfonu S22 təkcə S21 seriyasınınözəlliklərini daşımır. Eyni zamanda Note seriyasının da xüsusiyyətlərini özündə birləşdirərək daha üstün texnologiyaya çevrilib. Bu smartfonda əvvəlki modellərə nisbətdə dörd nano metrlik arxitektura əsasında Snapdragon 8-lə daha gücləndirilmiş prosessora keçid ediblər. Əsas kameranı təkmilləşdirərək 50 MP-ə qaldırıblar. Ekran ölçüsü digər modellərə nisbətən kiçildilərək 6.1 düyümə endirilib. 120 Hz ekran yenilənmə tezliyi ilə istər oyun zamanı istərsə də film izləyərkən görüntünü daha axıcı və canlı edir. Super Amoled ekrana sahib bu yeni modelin üstəlik, ekran parlaqlığı da yüksək səviyyəyə daşınıb.
Əgər siz də bu smartfona sahib olmaq istəyirsinizsə xüsusi kampaniyadan yararlana bilərsiniz. Belə ki, kampaniya şərtlərinə görə Galaxy S22/Galaxy S22+ modellərini alanlara Galaxy Buds2 və 25w/45w enerji doldurma cihazı, Galaxy S22 Ultra alanlara isə Galaxy Buds Pro və 45 vatt gücündə enerji doldurma cihazı hədiyyə olunacaq.
Kampaniya yalnız 05.03.2022-25.03.2022 tarixlərində keçərlidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























