"Nar"dan Naxçıvanın İnkişaf Fonduna 250 min manat ianə etdi
İanə şəhid ailələrinə və yaralananlara dəstək məqsədilə ayrılıb.(®) "Nar" Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib. Məqsəd, müharibə zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.
“Nar” Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yalanmış və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir”, - deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke deyib.
Xatırladaq ki, “Nar” 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə layihələr icra etməkdə davam edəcək.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























