Neftdə həlledici gün
Neft bazarında diqqət Brüsselə yönəlib. ABŞ prezidenti Co Baydenin NATO və G7 sammitlərində Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi gözlənilir. Neft qiymətlərindəki artım davam edib.Neft bazarında bütün diqqət ABŞ prezidenti Co Bayden və Avropa liderlərinin görüşlərinə yönəlib.
Marja xəbər verir ki, Prezident Baydenin təmasları çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi gözlənilir.
Brent markalı neftin qiyməti 122 dolları keçib.
NATO-ya üzv 30 ölkənin liderləri Rusiyanın Ukraynaya hücumundan sonrakı vəziyyəti və NATO-nun Şərqi Avropada uzunmüddətli mövqeyini müzakirə etmək üçün bir araya gələcəklər.
Fövqəladə sammitdə Rusiyanın Ukraynaya hücumundan sonra baş verənlər liderlərin gündəmindədir.
NATO-nun baş katibi Yens Stoltenberq sammiti elan edərkən verdiyi açıqlamada, “Rusiyanın Ukraynaya hücumunun nəticələrini, Ukraynaya güclü dəstəyimizi və yeni reallıq qarşısında NATO-nu daha da gücləndirilməsini müzakirə edəcəyik", - ifadəsini işlətmişdi.
G7 sammiti də Brüsseldə keçiriləcək. Bundan əlavə, Avropa İttifaqı Liderlər Sammitinin sessiyaları keçiriləcək.
Putinin rublla təbii qaz satışı qərarı da qiymətlərə təsir göstərib
Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin dost olmayan ölkələrə rublla təbii qaz satmaq planı da ölkənin enerji resurslarından siyasət aləti kimi istifadə edə biləcəyini gündəmə gətirib. Bu qiymətləri artıraraq neft bazarında gərginlik yaradıb.
Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa İttifaqına (Aİ) satılan təbii qazın qiymətinin artıq dollar və ya avro ilə qəbul etməyin mənasız olduğunu bildirib və əlavə edib: “Dost olmayan ölkələrə satılan təbii qazın dəyərinin ödənişlərində Rus rubluna keçməyi planlaşdırırıq”.
Rusiyanın ixraca görə ödənişləri dollar və avro ilə almasının mənasız olduğuna diqqət çəkən Putin, “ABŞ və AB-yə mallarımızı tədarük edərkən ödənişləri dollar, avro və bəzi valyutalarla almağın artıq bizim üçün heç bir mənası yoxdur" deyib.
Sözügedən dəyişikliyin yalnız ödənişlərin valyutasında dəyişiklik yaradacağını qeyd edən Putin, “Rusiya daha əvvəl imzalanmış müqavilələrdə müəyyən edilmiş qiymət və həcm prinsiplərinə uyğun olaraq təbii qaz tədarükünü davam etdirəcək. Bəzi həmkarlarımızdan fərqli olaraq, biz etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk” ifadələrdən istifadə etmişdir.
Analitiklər bildirirlər ki, Rusiyaya qarşı yeni sanksiyalar elan olunarsa, qiymətlərdə yeni yüksəliş müşahidə oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







