Əmək haqqını AccessBank-dan alanlar qazanacaq!
AccessBank iş adamlarının nağdsız hesablaşmalarını asanlaşdıran “Biznesə 5D” kampaniyasını davam etdirir. İlin əvvəlindən başlanılan bu kampaniya çərçivəsində müştərilərə cari hesablar, əməkhaqqı layihələri, müştərinin VÖEN hesabına bağlı biznes kart, pos-terminal və onlayn-bankinq pulsuz təklif olunur.
Müştərilər tərəfidindən maraqla qarşılanan bu layihə fərdi sahibkarların və hüquqi şəxslərin biznesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Kampaniya zamanı pulsuz təklif olunan əməkhaqqı layihələri korporativ müştərilərə bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərə aiddir:
-sadə sənədləşdirmə prosesi
-işçi heyətinin əmək haqqı barəsində məlumatın məxfi saxlanması;
-maliyyə departamenti işçilərinin və şirkət əməkdaşlarının iş vaxtına qənaət;
-rahatlıqla myAccess onlayn bankinq vasitəsilə maaşların köçürülməsi;
Qeyd edək ki, “Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da güzəştli xidmətlər təqdim olunur:
-myAccess xidmətinə ödənişsiz qoşulma;
-“Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı;
-AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması;
-“Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı.
Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək. Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından,Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
5 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
11 d. əvvəl
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon mantdan çoxdur
-
- 28 d. əvvəl
-
36 d. əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanın sığorta bazarı kiçilib
Aprel ayının hava proqnozu açıqlanıb
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Ən çox oxunanlar
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib





















