Twitter-in ötən rübdə gəliri 1,2 milyard dolları ötüb
Göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16% artıbEyniadlı mikrobloqlar xidmətinin sahibi olan Amerikanın Twitter şirkətinin gəliri ötən rübdə (yanvar-mart) 1,2 milyard dolları ötüb.
Marja.az xəbər verir ki, Martın 31-də başa çatan üç aylıq dövr ərzində Twitter-in gəliri illik müqayisədə 16% artıb.
Şirkətin cari ilin ilk üç ayında mənfəəti 513,2 milyon dollar təşkil edib.
Şirkətin maliyyə göstəriciləri Twitter-in ən azı 1,23 milyard dollar gəliri proqnozlaşdıran ekspertlərin gözləntiisindən cüzi aşağı olub.
Sənəddə vurğulanır ki, şirkətin sahibkar İlon Mask tərəfindən satın alınması fonunda Twitter növbəti rüb üçün öz maliyyə proqnozunu dərc etmir. "Satınalma müqaviləsi bağlandıqdan sonra Twitter özəl şirkətə çevriləcək", - hesabatda təsdiqlənir. Twitter-in sonuncu dəfə rüblük hesabat dərc etməsi mümkündür.
Aprelin 25-də Twitter rəhbərliyi amerikalı sahibkar İlon Maskın şirkəti 44 milyard dollara alacağını açıqlayıb. ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, milyarder müqaviləni ləğv etmək qərarına gəlsə, o, Twitter-ə 1 milyard dollar cərimə ödəməli olacaq. Əgər Twitter müqaviləni ləğv etmək qərarına gəlsə, Maska Twitter-ə 1 milyard dollar cərimə ödəməlidir. Yekun müqavilənin bağlanma tarixi 24 oktyabr 2022-ci il tarixinə təyin edilib.
Twitter istifadəçilərə qısa mesajlar mübadiləsi, sorğular təşkil etmək, müxtəlif şəkillər və videolar dərc etmək imkanı verən sosial şəbəkədir. Xidmətin yaradıcıları Jack Dorsey, Noah Glass, Evan Williams və Biz Stone-dur. Twitter-də ilk yazı 21 mart 2006-cı ildə yerləşdirilib. Məlumatlara görə, xidmətdə hər gün təxminən 500 milyon tvit dərc edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)







