Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!
Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq.“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru “Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır.
Belə ki, hazırda Bakı və Abşeron üzrə “Azərpoçt” məntəqələrində Azercell-in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur. Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin Azercell xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.
Paytaxt və bölgələr boyu fəaliyyət göstərən Azercell Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv ofisləri, və Azercell-in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.
Xatırladaq ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan Azərpoçt ilə ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telekom”-un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















