Gələn il iri iqtisadiyyatlarda böhran gözlənilir
"Nomura Holdings" xəbərdarlıq edib ki, Avro Bölgəsi və ABŞ kimi böyük iqtisadiyyatlar, sərt pul siyasətləri və bir çox böyük iqtisadiyyatlarda yaşayış xərclərinin artması səbəbindən yaxın 12 ayda tənəzzülə uğrayacaq."Nomura"nın iqtisadçıları hazırladıqları hesabatda, Avro Bölgəsi, İngiltərə, ABŞ, Yaponiya, Cənubi Koreya, Avstraliya və Kanadanın qarşıdakı 12 ayda tənəzzülə (böhrana) girəcəyini proqnozlaşdırdılar.
Marja xəbər verir ki, iqtisadçılar, mərkəzi bankların iqtisadi artımı qurban verərək və inflyasiyaya nəzarət etmək üçün sərtləşdirmə siyasətini davam etdirərək (faiz artıraraq) öz etibarlarını bərpa etmək istəyəcəklərini qeyd ediblər.
"Dünya iqtisadiyyatında artımın ləngiməsinin artan əlamətləri var. Ölkələr artım üçün ixraca arxalana bilməyəcək və bir çox ölkələr tənəzzülə girəcək".
Tənəzzülün ölçüsünün ölkələrdən asılı olaraq dəyişəcəyini bildirən iqtisadçılar ABŞ-da tənəzzülün bu ilin sonunda başlaya və beş rüb davam edə biləcəyini proqnozlaşdırıblar.
Xəbərdarlıq edilib ki, Rusiya Avrozonanın qaz axınını kəsərsə, regionda böhran daha da dərinləşə bilər.
Nomura, ABŞ və Avrozona iqtisadiyyatlarının 2023-cü ildə 1%, Cənubi Koreya iqtisadiyyatının isə bu ilin üçüncü rübündə 2,2% azalacağını gözləyir.
İqtisadçılar, yumuşaq pul siyasətinin davam etməsi səbəbindən Yaponiyada daha mülayim bir tənəzzül gözlədiklərini açıqladılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
23 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
30 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)











.jpg)






