Banklara və sahibkarlara müjdə: Operativ tədbirlər görüləcək
21 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbərliyi arasında görüş keçirilib.
ABA-nın məlumatına görə, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov, ASK-nın prezidenti Məmməd Musayev, Vergilər nazirinin müavini İlkin Vəliyev və kommersiya banklarının nümayəndələri iştirak ediblər.
Görüş nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyətin (yaranmış çətinliklərin) müzakirəsi məqsədi ilə təşkil edilib.
İclasda 100-ə yaxın sahibkar və müxtəlif assosasiya nümayəndələri də iştirak edib. Onların sualları cavablandırılıb və bəzi məsələlərin həlli üçün qeydlər aparılaraq operativ həlli ilə bağlı tədbirlər görüləcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, hesabdan vəsaitin nağdlaşdırılmasına limitlər tətbiq edilməsi, müştəriyə pul köçürən şirkətin dövlət müəssisəsi olub-olmamasının yoxlanması, biznes kartlar ilə nağdlaşdırmanın dayandırılması və s. bankların və sahibkarların işini çətinləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
