Unibank-ın yeni səhmlərini 10 investor əldə etdi - HƏRRACIN NƏTİCƏSİ
4 avqust 2022-ci il tarixlərində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.
Marja Birja-nın yaydığı məlumata istinadən xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 900 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 11 milyon 900 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlər yerləşdirildirilməsilə "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi, 21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib. Adi adlı sənədsiz səhmlərin sayı 4,375,000 ədəd, hər birinin nominal dəyəri 2.72 manatdır.
24.12.2021-ci il tarixinə olan məlumata görə, "Unibank” KB ASC-nin nizamnamə kapitalı 130 milyon 686 min 357,60 AZN təşkil edib. Bankın səhmdarları Qəribov Eldar Mahmud oğlu (86,6960), digər fiziki (5,9944%) və hüquqi (7,3096%) şəxslər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
- 23 d. əvvəl
-
-
31 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!


























