“iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər"
Azərbaycan çempionu "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün nəzərdə tutuan biletlərin onlayn satışını həyata keçirən "iTicket" saytında yaranan problemlər müxtəlif söz-söhbətə səbəb oldu. Bura saytın dayanıqlılığından tutmuş biletlərin “qara bazar”a çıxarılması üçün şərait yaradılması kimi fikirlər aiddir.
Saytın çökməsini ümumilikdə Azərbaycanın informasiya texnologiyaları sahəsində problem kimi qiymətləndirənlər də var.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən məsələdə qarışıq bir problemin olduğunu bildirir:
“Baş verənlər xoşagəlməz hadisədir. Azərbaycanın hazırda rəqəmsallaşmada inkişaf səviyyəsində olan resursun çökməsi, istifadəçilərin sifarişlərinə cavab verilməməsi doğru bir şey deyil".
Əslində nə baş verib?
O. Gündüz hesab edir ki, bu resursu hazırlayanlar, bunun arxasında duran komanda resursa müraciət edənlərin sayını nəzərə almayıblar:
"Birinci problem budur. Adətən hansısa bir internet resursu hazırlayərkən əvvəl onun bəlli bir tutumu, yaddaş resursları, ehtimal olunan hücumlar, onlara necə tab gətirəcəyi nəzərə alınmalıdır.
Görünür ki, “iTicket” saytı belə məsələləri nəzərə almayıb.
İkinci və daha çox diqqət çəkən amil isə odur ki, sistemin normal funksionallığı təmin olunmayıb.
İnsanlar ödəniş edir, bilet alır, kartlarından pul çıxılır, amma sistemdə göstərir ki, bilet alınmayıb. Yəni vətəndaş keyfiyyətli xidməti ala bilmir. Bu da sistemin bir qüsurudur. Resursu vaxtında testdən keçirib yoxlamaq lazım idi”.
O.Gündüz vəziyyətdən çıxış yolunu da göstərib:
“Birincisi, “Qarabağ” klubu alternativlərə fikir versəydi, yaxşı olardı. Yalnız bir resursun üzərindən onlayn satış yox, bir neçə resursdan sövdələşmələrin edilməsi doğru olardı. Bir rəqabətli mühit ola bilərdi.
İkinci isə, kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan “iTicket” şirkətinin “iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.
Belə olarsa, artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək”.
“iTicket”dən verilən məlumatda bildirilir ki, sayta 1 saat ərzində çox adam daxil olduğuna görə çökmə baş verib:
“Bir çox adam ödəniş edirdi, amma bilet ala bilmirdi. Bu da texniki problemlə bağlı idi. Hazırda hər hansı bir şikayət daxil olmayıb. Biletlərin hamısı satılıb. Artıq saytda satışda bilet yoxdur. Ola bilsin, kassalarda bilet qalıb”.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








