Coca-Cola “Next Talent” adlı təcrübə proqramına start verir
(®) Coca-Cola şirkəti Azərbaycanda fəaliyyət göstərən universitetlərin tələbələri üçün “Next Talent” adlı təqaüd əsaslı təcrübə proqramına start verir.
Proqramın məqsədi tələbələrin uğurlu karyera başlanğıcına dəstək olmaq, onları real iş mühiti və sistemləri ilə tanış etmək, müvafiq sahədə təcrübə qazanmaqlarını təmin etməkdir.
Şirkətin bütün fəaliyyət sahələrinə aid edilən proqrama müraciət edən 200-dən çox tələbə arasından ilkin mərhələdə bir sıra onlayn testlərdən uğurla keçən tələbələr seçilib və onlarla yaxından tanış olmaq məqsədilə Coca-Cola-nın istehsalat zavoduna tur təşkil edilib.
Zavod turunda təcrübəçilərə şirkətin fəaliyyəti və istehsalat prosesi barədə məlumat verilib.
"Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, tələbələrə karyera inkişafı sahəsində dəstək olmaq şirkətin prioritetlərindəndir: “Coca-Cola uğurlu başlanğıcların şirkətidir. Biz şadıq ki, azərbaycanlı tələbələr beynəlxalq şirkətdə təcrübə keçməyin dəyərinin fərqindədirlər. Bunu proqrama olan maraqlarından bilmək olur. Təcrübəçilərimizə faydalı olacağımıza inanırıq. Hər bir iştirakçıya uğurlar diləyirik”.
“Next Talent” proqramını başa vuran tələbələr arasından seçilən namizədlər 6 aylıq müddətdə yarım-günlük təqaüd əsaslı təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 5 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)







