Bakıda 52 mindən çox uşaqda xəstəliklər aşkarlanıb
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşağa tibbi xidmət göstərilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyin təminatına yönəlib. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.
2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb ediliib. 11 ay ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçib ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb olunub. Bu ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir.
6 - 13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunub. Onlardan 90%-ni məktəblilər təşkil edir. Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb olunub. 6-13 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 61 % təşkil edir.
14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunub . Onlardan 93%-i məktəblilər təşkil edir. 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunub. 14-17 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 58 % təşkil edir.
Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınıb, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilib, qalanları isə ambulator müalicəyə cəlb olunub.
Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb.
Nazirlər Kabinetinin 109 nömrəli Qərarına əsasən icbari dispanserizasiyanın nəticələri barədə məlumatların e-sistemə daxil edilməsində ləngimə hallarına yol verilməməsi üçün tibb kabinetlərinin məktəb tərəfindən kompyuterlərlə təmin edilməsi barədə Bakı şəhər Təsil İdarəsinin rəhbərliyi tərəfindən razılaşma əldə edilib. Bu, təhsil müəssisələrində aparılan profilaktik tibbi müayinələrin nəticələrini dərhal uşaqların e-sağlamlıq kartı sisteminə daxil etməyə kömək edəcək.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
-
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
16 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
1 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 1 gün əvvəl
-
1 gün əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Ən çox oxunanlar
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti























