Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust iclasından sonra sentyabr iclasında faiz dərəcəsini aşağı salmaq qərarına gəlib. Bank faizini 100 baza bəndi də azaldaraq 12 faizə endirib. Bazarlarda faizin 12,50%-ə endirilməsi gözlənilirdi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, TCMB faizini 100 bənd azaldaraq 13 faizdən 12 faizə endirib.
Bazarlarda TCMB-nin faizini 50 band azaldacağı gözlənilirdi.
Bütün dünyada mərkəzi banklar faiz artırarkən, TCMB keçən ay da gözlənilməz faiz endirimi qərarı vermiş və faizini 14 faizdən 13 faizə endirmişdi.
ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra dollar güclənir, inkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşırlar. 2021-ci ilin dekabrında 18,3633 səviyyəsini keçərək rekord səviyyəyə çatan USD/TL məzənnəsi bu gün 18.3809 səviyyəsini test edərək rekord yeniləmişdi.
Mərkəzi Bankın faiz qərarından sonra Dollar/TL məzənnəsi 18,4026 səviyyəsini görüb və rekord bir daha yenilənib.
"Qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın davam etdirilməsi baxımından maliyyə şərtlərinin dəstəkləyici olması vacibdir. Bu çərçivədə, İdarə Heyəti siyasət faizini 100 baza bəndi azaltmağa qərar verdi", - Mərkəzi Bank bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)


