Bloomberg Dollar İndeksində yeni rekord
FED-in İdarə Heyətinin üzvlərinin sərt açıqlamalarından sonra dollar daha da bahalaşıb. Bloomberg Dollar İndeksi həftənin əvvəlində qırdığı rekordu yeniləyib.Dolların güclənməsi qlobal bazarların gündəmindən düşmür.
Marja xəbər verir ki, Fed rəsmilərinin sərt açıqlamalarından sonra dollar göstəricilərində yeni rekordlar müşahidə olunub.
Bloomberg Dollar İndeksi Asiya ticarətində 1359 bəndə çataraq rekord qırıb. İndeks ardıcıl yeddi gündür yüksəlir.
Avro/Dollar tərəfində isə eniş tempi davam edib. Avro/dollar 0,96 səviyyəsindən aşağı düşüb.
Dolların təzyiqi inkişaf etməkdə olan bazar valyutalarında da hiss olunub. Ən çox dəyər itirən valyutalar Cənubi Koreya vonu, İndoneziya rupisi və Cənubi Afrika randı olub. Dollar/Türk Lirəsi məzənnəsi də 18,49-un üzərində olub və rekord səviyyələrə yaxın qalıb.
FED-in Minneapolis şöbəsinin sədri Neel Kashkari, cari faiz artımlarının qiymətləri aşağı salmaq məqsədinə "uyğun" olduğunu söyləyib.
Kaşkari, “Biz çox aqressiv davranırıq. Növbəti addımlar da aqressiv olacaq. Biz qiymət sabitliyini təmin etməkdə qərarlıyıq, lakin çox sürətlə getməyin risklərinin də fərqindəyik”,- deyib.
Fed-in St. Louis şöbəsinin sədri Ceyms Bullard inflyasiya hədəfləmə rejiminin etibarlılığının risk altında olduğunu vurğulayıb.
Bloomberg Dollar Spot Index (BBDXY) ABŞ valyutasının 10 qlobal valyutadan ibarət səbətin qarşısında performansını izləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







