Bank sektoru kənar şəxslərin pullarından daha ucuz faydalanır
Banklar ötən il cəmi müddətli depozitlərin 4,7%-i qədər faiz ödədikləri halda, cari ilin 10 ayında bu nisbət 4%-ə düşüb.Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri məbləğ ifadəsilə artıb. 2022-ci ilin 10 ayı ərzində bankların cəmi depozit faizləri xərci bütün 2021-ci ildəki məbləği də ötüb. Eyni dövrdə banklarda depozitlərin artması da nəzərə alındıqda, bank sektorunun kənar şəxslərin pullarından daha ucuz faydalandığı məlum olur.
Marja.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2022-ci ilin 10 ayında bankların depozitlər üzrə ödədikləri faizlər 367,6 milyon manat təşkil edib. Bu, bankların bütün 2021-ci il ərzində ödədiyi faizlərdən (362,3 milyon manat) 5,3 milyon manat çoxdur.
2021-ci ilin 10 ayında bankların depozitlər üzrə faiz xərcləri 297,2 milyon manat təşkil etmişdi. Beləliklə, 2022-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə depozitlər üzrə faiz xərcləri 70,4 milyon manat və ya 23,7% artıb.
2022-ci ilin 10 ayında bankların depozitlər üzrə 367,6 milyon manat xərclərinin 339,8 milyon manatını (və ya 92,4%-ni) müddətli depozitlər üzrə faiz xərcləri təşkil edib.
Banklar depozitlər üzrə 2022-ci ilin avqust ayında 39,6 milyon manat sentyabr ayında 39,8 milyon manat, oktyabr aynda 43,2 milyon manat faizlər ödəyiblər.
Cari ildə bankların depozit portfeli də artmışdır. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 10 ayı ərzində bankların cəmi depozit portfeli 5 milyard 253,8 milyon manat və ya 19,5% artaraq 32 milyard 192,1 milyon manata çatıb.
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində fiziki şəxslərin depozitləri 2 milyard 224,2 milyon manat və ya 24,6% artaraq 11 milyard 256,6 milyon manata, hüquqi şəxslərin depozitləri 3 milyard 29,6 milyon manat və ya 16,9% artaraq 20 milyard 935,5 milyon manata çatıb. O cümlədən, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 34,4 milyon manat və ya 16,5% artaraq 243,4 milyon manat təşkil edib.
2022-ci ilin 10 ayı ərzində cəmi müddətli depozitlər 1 milyard 32,6 milyon manat və ya 12,2% artaraq 8 milyard 424,2 milyon manat olub.
Cari ilin 10 ayı ərzində fiziki şəxslərin müddətli depozitləri 635 milyon manat və ya 11,9% artaraq 5 milyard 974 milyon manata yüksəlib.
Bankların depozitlər üzrə xərclərinin cəmi depozit portfelində xüsusi çəkisi 2021-ci ildə 1,3% ikən, 2022-ci ilin 10 ayı ərzində 1,1%-ə düşüb. 2021-ci ilin 10 ayında bankların depozitlər üzrə xərclərinin cəmi depozit portfelində xüsusi çəkisi 1,2% təşkil etmişdi.
Bankların müddətli depozitlər üzrə faiz xərclərinin cəmi müddətli depozitlərdə xüsusi çəkisi 2021-ci ildə 4,7% ikən, 2022-ci ilin 10 ayında 4%-ə düşüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB
2022-ci ilin 10 ayı ərzində bankların kredit portfeli daha sürətlə artmışdır. 2021-ci ilin sonu ilə müqayisədə, 10 ayı ərzində bankların kredit portfeli 1 milyard 840,3 milyon manat artmışdırsa, 2022-ci ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində bankların kredit portfeli 2 milyard 811,7 milyon manat artıb.
Bankların cəmi kredit portfeli cari ilin yanvar ayında 122,3 milyon manat, fevral ayında 345,1 milyon manat, mart ayında 401,7 milyon manat, aprel ayında 312,2 milyon manat, may ayında 257,9 milyon manat, iyun ayında 221,7 milyon manat, iyul ayında 167,42 milyon manat, avqust ayında 151,2 min manat, sentyabr ayında 518,5 milyon manat, oktyabrda 313,61 milyon manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
- 18 d. əvvəl
-
28 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
-
- 29 d. əvvəl
-
30 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
49 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
Ən çox oxunanlar
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib



























