"Tənəzzül Fed-i faizləri azaltmağa məcbur edə bilər"
Bank of America (BofA), ABŞ Mərkəzi Bankının (FED) azalan iqtisadiyyatı canlandırmaq üçün gələn il sərt pul siyasətini yavaşlatacağını və gec-tez faiz dərəcələrini aşağı salmağa başlayacağını və bunun da 10 illik xəzinə istiqrazlarının kupon faizlərini (gəlirliyini) azaldacağını gözləyir.
Marja xəbər verir ki, BofA açıqladığı hesabatında, ABŞ iqtisadiyyatının gələn ilin ortalarında tənəzzülə girəcəyini və bunun FED-i ilin sonuna doğru faiz dərəcələrini azaltmağa məcbur edəcəyini proqnozlaşdırıb. Hesabatı mətbuata BofA-nın ABŞ-da məzənnə strategiyası üzrə mütəxəssisi Mark Kabana təqdim edib.
Kabana açıqlamasında, FED-in faiz dərəcəsini 5,25 faizə qaldırana qədər faiz artırmağa davam edəcəyini proqnozlaşdırdıqlarını və mart ayına qədər 3 iclasda faiz artıraraq bu faizə çatacaqlarını qeyd edib.
ABŞ-ın 10 illik xəzinə kağızı gəlirliyinin 2023-cü ilin ilk rübündə 4%-dən azalmağa başlayacağını proqnozlaşdıran Kabana, 2023-cü ilin sonuna qədər gəlirliliyin 3,25% civarında olacağını gözlədiklərini bildirib.
Barclays da endirim proqnozlaşdırır
2023-cü ildə faiz endirimini gözləyən başqa bir bank olan Barclays-a görə, ABŞ iqtisadiyyatı 2023-cü ilin ikinci və dördüncü rübləri arasında "resessiya" görəcək.
Barclays strateqləri gələn ilin noyabr və dekabr aylarında FED-in faizlərini 25 baza bəndi azaldacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







