Azərbaycanın 2023-cü il dövlət büdcəsi 53 milyon manatdan çox artırılır
Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon 278 min manat artırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili qurumun bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, yenilənmiş layihədə büdcə gəlirləri 30 milyard 720 milyon 700 min manatdan 30 milyard 773 milyon 978 min manata, büdcə xərcləri isə 33 milyard 300 milyon manatdan 33 milyard 353 milyon 278 min milyon manata qaldırılır.
Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, Baş idarənin saxlanmasına dövlət büdcəsindən 20,1 milyon manat ayrılacaq: "Avtomobil Yolları Məqsədli Büdcə Fondunun xərcləri 0,5 milyon manat olmaqla, cəmi 20,6 milyon manat vəsaitin Naxçıvan MR-nın büdcə xərclərindən azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılması zərurəti yaranıb. Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report", APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 46 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb







.jpg)









.jpg)



