Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir

ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 16-dan başlanmış V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda (TIIF-2026) ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərliyi ilə Bankın nümayəndə heyəti də təmsil olunur.

Marja xəbər verir ki, bu barədə Abbas İbrahimov özünün sosial media hesablarında paylaşım edib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşündə ABB-nin İdarə Heyətinin sədri də iştirak edib.

Azərbaycan və Özbəkistanın hökumət rəhbərlərinin iştirakı ilə ABB, Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, həmçinin DavrBank arasında üçtərəfli əməkdaşlıq sazişi imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində ABB özü və törəmə müəssisələri vasitəsilə Özbəkistanda bank və maliyyə xidmətlərinin, ticarətin maliyyələşdirilməsi alətlərinin inkişafına, investisiya proqramlarına aktiv şəkildə dəstək verəcək, rəqəmsal bankçılıq, biznes üçün internet bankçılıq, mobil bank xidmətləri, maliyyə texnologiyaları və ödəniş infrastrukturu sahəsində müasir həllər tətbiq edəcək. Kiçik və orta biznesin fəal şəkildə dəstəklənməsi də ABB-nin Özbəkistan bazarında iştirak planlarına daxildir.

ABB-nin nümayəndə heyəti forum çərçivəsində yerli və xarici təmsilçilərlə bir sıra görüşlər keçirərək yeni tərəfdaşlıq imkanlarını da müzakirə ediblər.

Qeyd edək ki, ABB strateji inkişaf hədəflərinə uyğun olaraq özəl bank - Davr Bankın əsas nəzarət səhm paketini əldə etməklə bu il Özbəkistan bazarına daxil olmaq niyyətini hələ ötən aydan elan edib. Bütün icazə və sənədləşmə prosedurları tamamlandıqdan sonra cari ilin ikinci yarısından ABB Özbəkistan bazarında “ABB Davr Bank” adı ilə fəaliyyətə başlamağı planlayır.

İş elanları AzVak.az-da

17.06.2026 16:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19