İri ticarət mərkəzi sahibinin oğlunun evindən 803 min manatlıq oğurlanıb
“Sədərək” ticarət mərkəzinin sahibi Yunis Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə ittiham olunan Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin Səbail rayonunda, İçərişəhər ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə onların qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb.
Oğurluq nəticəsində Oxran Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya ümumilikdə 803 min 118 manat ziyan dəyib.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının da ittihamda göstərildiyi kimi 803 min 118 min manat deyil, 217 min manat olduğunu bildirib.
Qadın həmin əşyaları yaşadığı Zabrat qəsəbəsindəki evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib.
Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.
İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.
Bu gün keçirilən hazırlıq iclasında Ruzan Cabbarova özünü qismən təqsirli bilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin olunmayıb.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)
.jpg)







.jpg)




