”Az-Lead” istiqrazlarının ticarətə buraxılacağı tarix açıqlandı
26 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə ”Az-Lead” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 360 gün, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
29 dekabr 2022-ci il tarixində ”Az-Lead” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Az-Lead" MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.
Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "AZ-LEAD" MMC şirkətinə 4,2 milyon dollar kreditin ayrılmasını təsdiqləyib.
“Az-Lead” MMC 2021-ci ili 11 milyon 708 min dollar gəlir və 1 milyon 579 min dollar xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ildə 8 milyon 868 min dollar gəlir əldə etsə də ili 172 min dollar xalis zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
23 san. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 19 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Fevralın 11-də gözlənilən hava şəraiti





























